"Lill"dən ayrılan Remi Kabelyanın yeni klubu müəyyənləşib.[/b]
[b]Sport1.az xəbər verir ki, fransalı hücumameyilli yarımmüdafiəçi "Olimpiakos"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa millisinin sabiq üzvü ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Remi Kabelya 2022-ci ilin yayından "Lill"də çıxış edirdi. 35 yaşlı futbolçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.
Sport1.az