“Bavariya”nın hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasına qayıtmaq ehtimalı və Münhen klubu ilə müqaviləsini uzatmaq məsələsinə münasibət bildirib.Sport1.az xəbər verir ki, ingiltərəli forvard “Bavariya” ilə 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsini uzatmağa açıq olduğunu etiraf edib:
“Düşünürəm ki, bu mümkündür (müqavilənin uzadılması – red.). Bir neçə həftə əvvəl klubla bu barədə danışmadığımı demişdim, amma indi hazıram. Açığı, çox şey bu mövsümün necə keçəcəyindən və nəyə nail olacağımızdan asılı olacaq. Hazırda hər şey qaydasındadır və başqa heç nə haqqında düşünmək istəmirəm. Premyer Liqaya qayıdışa gəlincə, əgər "Bavariya" məndən istəsəydi, dərhal razılaşardım.”
Qeyd edək ki, Harri Keyn “Tottenhem” akademiyasının yetirməsidir. O, 2023-cü ildən “Bavariya”da çıxış edir və Münhen klubunda keçirdiyi 106 oyunda 103 qol vurub.
Sport1.az