"Barselona" Dortmund "Borussiya"sının müdafiəçisi Niko Şlotterbekə maraq göstərir.Sport1.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın Sport.es saytı yayıb. Mənbənin məlumatına görə, Almaniya klubu 25 yaşlı futbolçunu 40 milyon avro dəyərində qiymətləndirir. Şlotterbek özü də kuboklar uğrunda mübarizə aparan komandaya keçmək arzusundadır.
Kataloniya təmsilçisi bununla yanaşı, "Sportinq"in müdafiəçisi Qonçalo İnasionu da diqqətdə saxlayır.
“Blauqrana” rəhbərliyi hər iki oyunçunu maraqlı seçim hesab edir, çünki onlar həm mərkəzdə, həm də sol cinahda oynaya bilirlər. Bundan əlavə, klubun bu transferləri reallaşdırmaq üçün maliyyə imkanı da mövcuddur.
Sport1.az