"Borussiya" (Dortmund) baş məşqçisi Niko Kovaçla yeni müqavilə imzalayıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin klubla yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, ötən qışdan Dortmund təmsilçisini çalışdırr.
Niko Kovaçın rəhbərliyi altında "Borussiya" 2024/2025 mövsümündə Bundesliqada 4-cü yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilib.
Sport1.az