"Barselona" iyulun ilk günlərində Niko Uilyamsın transferini rəsmiləşdirəcək.[/b]
[b]Sport1.az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.
Kataloniya klubu Nikonun müqaviləsində yer alan təzminat məbləğini iyulun 1-də və ya 2-də "Atletik"in hesabına köçürməyi planlaşdırıb. İspaniya millisinin üzvünün keçidi üçün "Barselona" 62 milyon avro ödəməlidir. 22 yaşlı hücumçu ilə 2031-ci ilin iyun ayına qədər müqavilə imzalanacaq.
Qeyd edək ki, ispaniyalı oyunçu başa çatan 2024/25 mövsümündə 45 qarşılaşmada meydana çıxıb və 11 qola, 7 məhsuldar ötürməyə imza atıb.
Sport1.az