“Mançester Yunayted” və “Mançester Siti” “Bavariya”nın yarımmüdafiəçisi Aleksandar Pavloviçi transfer etmək istəyir.Sport1.az Bild nəşrinə istinadən xəbər verir ki, hər iki klub futbolçunun agentləri ilə artıq ilkin təmas qurub. Pavloviçi həmçinin “Yuventus” və PSJ də izləyir.
Məlumata görə, “Siti”nin baş məşqçisi Xosep Qvardiola 21 yaşlı futbolçunu Rodrinin mümkün varisi kimi görür. “Yunayted” isə mərkəz yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.
Pavloviç 2011-ci ildən “Bavariya”da çıxış edir. O, əsas komandada 62 oyunda 4 qol və 3 asistlə yadda qalıb. Alman futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
"Transfermarkt"ın məlumatına görə, Pavloviçin bazar dəyəri 55 milyon avro təşkil edir.
Sport1.az