"Bavariya"nın 23 yaşlı vingeri Maykl Olise bir neçə Premyer Liqa klubunun transfer hədəfinə çevrilib.Sport1.az xəbər verir ki, fransalı futbolçu ilə "Liverpul", "Mançester Siti" və "Çelsi" maraqlanır. Onun transfer dəyəri 100 milyon avro olaraq qiymətləndirilir. Münhen təmsilçisi isə Olise ilə müqaviləni uzatmağı planlaşdırır.
Xatırladaq ki, Maykl Olise "Kristal Palas"dan "Bavariya"ya transfer olunub. O, alman klubunun heyətində 64 oyuna çıxıb, 25 qol vurub və 29 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az