“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi üçün transfer yarışına “Mançester Siti” də daxil oldu.
Sport1.az xəbər verir ki, "şəhərlilər" gələn yay müqaviləsi bitən futbolçunu heyətinə qatmağa çalışacaq.
Maraq üçün bildirək ki, “Liverpul” daha öncə 25 yaşlı oyunçu ilə razılıq əldə etsə də, futbolçunun klubu son anda transferdən imtina etmişdi.
Qeyd edək ki, Mark Quehi “Kristal Pelas”a 2021-ci ildə “Suonsi Siti”dən 23.3 milyon avroya transfer edilmişdi
Sport1.az