Fransa çempionatında ən çox qazanan futbolçular müəyyənləşib.
Sport1.az xəbər verir ki, siyahını “L'Equipe” nəşri tərtib edib.
İlk “onluq”dakı bütün futbolçular PSJ-ni təmsil edir.
Liqa 1-də ən çox qazanan isə Paris klubunun ulduzu Usman Dembeledir (1,5 milyon). PSJ-nin digər futbolçuları - Markinyos (1,12 milyon) və Lyuka Hernandesin (1,1 milyon) də aylıq gəlirləri milyon avrodan çoxdur. Gürcüstan yığmasının oyunçusu Xviça Kvaratsxeliya da ən çox maaş alanlar arasındadır. Ayda 900 min avro gəliri olan gürcü Vitinya ilə birgə 6-7-ci yerləri bölüşür.
Sport1.az