Almaniyanın "Bavariya" klubu itki ilə üzləşib. Sport1.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Kim Min Je axilles vətərindən zədə alıb.
O, təxminən 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Kim Min Je cari mövsüm 37 matça çıxıb və üç qolla yadda qalıb.
Sport1.az