İtaliyanın “Emporio Armani Milan” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sport1.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Cüzeppe Poeta gətirilib. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.
İtaliyalı mütəxəssis 2022-2024-cü illərdə Milan təmsilçisində köməkçi məşqçi işləyib.
Sport1.az