"Kəpəz”in baş məşqçi postuna namizəd olan daha bir məşqçinin adı məlum olub. Sport1.az -a daxil olan məlumata görə, söhbət Fərid Namazovdan gedir. Mütəxəssislə menecerlər vasitəsi ilə təmasa keçirilib.
Qeyd edək ki, Namazov ötən mövsüm “İmişli” ilə I Liqada gümüş medala sahib olmuşdu. "Futbol ili" başa çatdıqdan sonra klub rəhbərliyi onun müqaviləsini uzatmadı. Məşqçi hazırda “Şamaxı-2” kollektivinə rəhbərlik edir.
HÜSEYN RƏŞADOĞLU
Sport1.az