Misli Premyer Liqasının VI turunda "Araz Naxçıvan" səfərdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdi.Görüşdən sonra qonaqların yarımmüdafiəçisi Patrik Andrade
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Oyun çətin keçdi. İlk hissədə qol buraxdıq. Rahat başladığımız üçün qol buraxdıq. Bundan sonra işimiz çətinləşdi. Hesabı bərabərləşdirməyə çalışdıq. İkinci hissədə tarazlığı bərpa etdik. Təəsüf ki, qələbə qolunu vura bilmədik. Növbəti oyun daha da yaxşı oynamağa çalışacağıq". Kabo-verdeli futbolçu nəticədən narazı qaldığını bildirdi:
"Bu nəticə ilə razı deyilik. Onlar yaxşı oynasa da, biz qələbə qazanmalı idik. Gələn qarşılaşmada bunu reallaşdırmağa çalışacağıq".
Sport1.az