Misli Premyer Liqasının VI turunda "Şamaxı" "Araz Naxçıvan" ilə heç-heçə etdi - 1:1Qarşılaşmadan sonra Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi Çarlz Boli
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Güclü rəqibimiz var idi. Oyunun çətin keçəcəyi bəlli idi. Görüşün əvvəlində çox pis oynadıq. Lakin ikinci hissədə üstünlüyü ələ aldıq. Rəqibə təzyiq göstərdik. Üzgün vəziyyətdə 1 xalla qayıdırıq". Futbolçu ötən oyunda "Qarabağ"a qarşı böyükhesablı məğlubiyyətin bu oyunda nəticəyə heç bir təsir etmədiyini söylədi:
"Həmin oyunu unutmuşuq. Tamamilə bu qarşılaşmaya köklənmişdik. Matçın ilk 20-25 dəqiqəsində "yatmışdıq". Bunun nəticəsi olaraq da qol buraxdıq. Etdiyimiz səhvlərdən nəticə çıxarıb, növbəti oyuna köklənməliyik".
Sport1.az