"Qarabağ"ın futbolçusu Leandro Andrade Kabo Verdenin tarixinə düşüb.
Sport1.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi buna Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə yendikləri Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçında nail olub.
30-cu dəqiqədə fərqlənən Andrade Kabo Verdenin Çempionlar Liqasında qol vuran ilk futbolçusu olub.