"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 3-cü turunda səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri oyundan danışıb.
Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Gərgin oyun olacağı bilinirdi. "Sumqayıt" çempionata çox yaxşı başlayıb. Bilirdik ki, onlar "Qarabağ"a qalib gələndən sonra çox inamlıdırlar. Biz də xal qazanmaq istəyirdik. Real epizodlar yalnız zərbələrlə olurdu. Öz qapımıza qol vurandan sonra futbolçuların reaksiya verməsi məni sevindirdi. Hesab 1:1 olandan sonra ən real epizodlar bizdə oldu. Hər iki komanda 1 xala layiq idi. Milli komandaların oyunlarına görə fasilə olacaq. Daha yaxşı olmalıyıq. Əlimizdə olan futbolçularla mübarizə aparacağıq".
Sport1.az