"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 1-ci turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh etdi.
Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında dedi:
"İlk oyun idi, rəqib isə "Neftçi" və səfərdə. Bilirik ki, "Neftçi"də yeni futbolçular da var. Ona görə ilk oyunlarda rəqibi təhlil etməkdə çətinlik çəkirik. Bizim də yeni oyunçularımız var. Nə qədər yoldaşlıq görüşləri keçirsək də, ilk turda səfərdə "Neftçi"nin azarkeşləri qarşısında oynamaq çətin idi. Amma bunlara baxmayaraq, futbolçularımdan razı oldum. Birinci hissədə daha çox hücumlar oldu, ikinci hissə isə rəqibin üstünlüyü ilə keçdi. Bizdə də yorğunluq oldu, dəyişikliklər etdik. Əlbəttə ki, "Neftçi" ilə səfərdə bir xal qazanmaq bizi sevindirir. Bu il daha yaxşı olmaq istəyirik. İstəyirik ki, futbolçularımız daha çox inkişaf etsinlər. Bunun üçün əziyyət çəkməliyik, oyunçulara da bildirdib. Bizim azarkeşlərə də təşəkkür edirəm ki, Şamaxıdan gəlmişdilər və bizi tək qoymadılar. "Neftçi"yə uğurlar".
Sport1.az