Bu gün Misli Premyer Liqasında 2-ci tur start götürüb.
Sport1.az xəbər verir ki, ilk oyun günündə 2 matçdan 1-i keçirilib.
Yarışın debütantı "İmişli" "Neftçi"ni qəbul edib. Görüş qolsuz bərabərliklə bitib.
Son çempion "Qarabağ" isə evdə "Sumqayıt"la qarşılaşıb. Oyun "kimyaçılar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, "Qarabağ"ın 2025/26 mövsümü Misli Premyer Liqasında ilk oyunu olub.
Qeyd edək ki, Premyer Liqanın 1-ci turunda "Sabah" - "Qarabağ" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la ilk oyuna görə müraciəti əsasında təxirə salınmışdı.
22 avqust (cümə)
19:30. “Qarabağ” – “Sumqayıt” - 0:1
Qol: Ronaldo Vaskez, 72
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Azersun Arena”
17:00. “İmişli” – “Neftçi” - 0:0
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Şamaxı şəhər stadionu
Sport1.az