17:13 31.07.2025 1 241

Azərbaycanlı tarixçi alim Qurban Qurbanov və "Qarabağ"ı sərt tənqid etdi - SƏBƏB

Tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev şəxsi feysbuk hesabında paylaşım edib.

Sport1.az xəbər verir ki, ağdamlı elm adamı "Qarabağ"a azarkeşlik etməkdən imtina etdiyini bildirib:

“Qarabağ”nın əfsanəsi Qurban Qurbanov müsahibəsində bu günə qədər Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etmədiyini deyib.

Qurban müəllim, siz bizim fəxrimisiniz. Bu gün futbolumuzu dünyaya məhz sizin məşqçi kimi peşəkar olmağınız sayəsində tanınırıq.

Lakin Qurban müəllim, Ağdam səfəri zamanı istənilən sıx qrafik Milli Qəhrəman, “Qarabağ” futbol klubunun oyunçusu, məşqçisi olmuş Allahverdi Bağırovu ziyarət etməkdən daha önəmli deyil.

Ağdam Şəhidlər xiyabanında nəinki Allahverdi Bağırov, eyni zamanda Canbulaq Rzayev və digər milli qəhrəmanlar dəfn edilib.

Ağdamın hər qarışını gəzən, hətta Şuşada, Füzulidə, Xankəndidə tədbirlərə qatılan komandanın Ağdam Şəhidlər xiyabanına baş çəkməməsi, təşkilatçılardan tələb etməməsi bizi üzür.

Bizim sevimlimiz Toral Bayramov bu günə qədər Şəhidlər xiyabanını və Allahverdi Bağırovu ziyarət edib. Bəs Qurban müəllim, biz ağdamlıların fəxri, klubun yaradıcılarından biri olan Allahverdi Bağırovu ziyarət etməməyinizi necə başa düşək?

Unutmayın, Qurban müəllim!

"Qarabağ” futbol klubunun bu günkü qələbələrində onun da zəhməti var. Allahverdi Bağırov bu klubu yaşadan, onu irəliyə aparan şəxslərdən biri olub.

Unutmayın, Qurban müəllim!

Ağdamda hər şeyini atıb, o cümlədən futbolu kənara qoyub silaha sarılan Allahverdi Bağırov özünümüdafiə batalyonunun yaradılmasında iştirak etdi, sonra ona komandirlik etdi, Xocalıda əsir və girov götürülmüş yüzlərlə soydaşımızı ermənilərin əlindən qurtardı. Yüzlərlə faktlar var Allahverdi əmim barədə. Onun Vətən, torpaq uğrunda mübarizəsi barədə yüzlərlə, minlərlə, milyonlarla insan məlumatlıdır.

Amma sizin bu etdiyiniz yay-qış bilmədən, stadionlarda “Qarabağ”, “Qurban Qurbanov” qışqıran Qarabağ, Ağdam camaatına hörmətsizlik, şəhid və milli qəhrəmana olan diqqətsizlikdir.

Qurban müəllim, Ağdam camaatına, milli qəhrəman, şəhid ruhlarına olan bu münasibətinizə görə sizi qınayıram!

Bu, bizim sizə olan sevgi və inamımız və sizin bizim Ağdam camaatına olan münasibətiniz…

Heç bir məzhəb, qrafik Allahverdi Bağırovdan və Vətən uğrunda şəhid olanlardan üstün deyil ki, oranı ziyarət etməməyinizə səbəb yaratsın. Sizin məzhəb qəbirüstünü ziyarət etməməyi desə də, bütün dinlərdə Vətən və qəhrəmanları ziyarət etmək imandandır.

Mən bu gündən bir ağdamlı olaraq “Qarabağ” klubuna azarkeşliyimi dayandırıram. Allahverdi Bağırova olan səhvinizi düzəltməyənə qədər heç bir oyununuza baxmayacam, heç bir yerdə nə sizin, nə də komandanın adını çəkməyəcəm".
Sport1.az
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:36

“Çelsi” Kənan Yıldız üçün yeni təklif hazırlayır

16:18

İbrahimoviç: “Milanı heç kim dəyişə bilməz, amma "Milan" sizi dəyişə bilər”

15:56

"Bavariya"dan Şlotterbek planı

15:41

"Desək ki, mübarizə apararaq xal götürəcəyik, yalan və absurd olar" - AÇIQLAMA

15:14

Bəhmən Həsənov : "Biz Ayxan Abbasova inanırıq" - AÇIQLAMA

14:54

"Arsenal"ın Kenan Yıldız planları

14:33

Platini: "FİFA prezidenti olsaydım, VAR heç vaxt yaranmazdı"

14:10

İdmançılarımız dünya çempionatında çıxış edəcəklər

13:52

Fransa mətbuatı Ayxan Abbasovdan yazdı

13:40

Yığmamız Ermənistanla qarşılaşacaq

13:24

Millimizin Fransa ilə oyununu yayımlayacaq kanal

12:54

La Liqa klubunun yeni baş məşqçisi məlum oldu

12:32

Azərbaycan Kuboku: I təsnifat mərhələsinə yekun vurulur

12:18

Qnabri: “Bütün diqqətimi oyunuma yönəltmişəm”

11:52

“Monako”nun sabiq baş məşqçisi Rusiyada işləyə bilər

11:28

"Fənərbağça" sabiq futbolçusunu qaytarmaq istəyir

11:12

U-21 millimiz Çexiya ilə üz-üzə

10:54

“Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

10:28

Əlcəzair DÇ-2026-ya vəsiqə qazandı

10:11

Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulur

09:54

Fransa Azərbaycana qarşı - YENİLƏNİR

09:53

Niderlandlı hücumçu “Mançester Yunayted”də qalmaq istəmir

09:32

Kyeza milliyə dəvəti niyə qəbul etməyib?

09:14

İbrahimoviç çalışmaq istədiyi məşqçilərin adını açıqladı

23:54

Keyn millinin iki oyununu buraxacaq

23:32

Ceyms Tarkovski “Everton”da qalacaq

23:11

"Strasburq" Fabio Karvalyonu izləyir

22:54

“Yuventus”un Tonali üçün yeni transfer planı

22:37

“Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq" - Bəhlul Mustafazadə

22:16

Ayxan Abbasov: “Fransaya qarşı oynamaq özü motivasiyadır”

21:56

Anna Blinkova Uhan turnirinin əsas mərhələsinə yüksələ bilmədi

21:16

Salahdan yeni rekord

21:12

Tomas Volkup ən azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq

20:54

Lebron Ceyms Luka Donçiçin irəliləyişini qiymətləndirib

20:34

Valentin Vaçerot Şanxay Masters yarımfinalına yüksəldi

20:15

Harri Keyn Uelslə oyunu buraxacaq

19:58

Tuxel İngiltərə yığmasında Bellinqhem, Foden və Qrilişin yoxluğunu izah edib

19:35

Kapello: “İtaliyada futbolun keyfiyyəti aşağı düşüb”

19:13

Alleqri Rafael Leaunu tənqid etdi

18:52

"Milan"ın futbolçusu İtaliyada ən yaxşı seçildi

18:27

Millimiz Özbəkistanla heç-heçə etdi

18:12

"Napoli"də itkilər

17:54

Müslüm Kagermanov: “Almaniyada rusofobiya hiss etmirəm”

17:34

Cerrard sabiq klubuna qayıda bilər

17:13

La Liqa klubu baş məşqçi ilə yollarını ayırdı

16:54

"İnter Mayami" Albanı onunla əvəzləyəcək

16:27

Azərbaycan Kubokunda 4 komanda mərhələ adladı

16:13

Maquayr qərarını verdi

15:56

Rişarlison MLS klubunun hədəfində

15:24

AFFA "Zirə"nin futbolçusunu, "Neftçi"nin məşqçisini cəzalandırdı

15:11

"Azərbaycanın heyətində “Qarabağ”ın 7 futbolçusu var" - Didye Deşam

14:54

"Azərbaycan millisi ilə oyuna ciddi yanaşmalıyıq" - Mbappe

14:32

Tuxel: “Keyn Qızıl topda daha yüksək yeri tutmalı idi”

14:03

AFFA-nın qurduğu sistemin fiaskosu - YAZI

13:56

"Monako"da yeni baş məşqçi

13:32

Şesni: "Narahat olmalı bir şey yoxdur"

13:12

"Qalatasaray"dan İkardi üçün son cəhd

12:28

Miles MakBrayd: “Karyeramın sonuna qədər "Niks"də qalmaq istəyirəm”

12:13

Covanni Mpetçi Perrikard top-10 oyunçuya qarşı ilk qələbəsini qazandı

11:54

"Mayamidəki oyun möhtəşəm bir tamaşa olacaq"

11:32

Noyer Almaniya millisinə qayıda bilər

11:17

"Qarabağ" "Çelsi"ni hansı stadionda qəbul edəcək? - RƏSMİ AÇIQLAMA

10:52

Yelena Rıbakina Uhan WTA-1000 turnirində ikinci raunda qələbə qazandı

10:31

PSJ-dən Yamal üçün rekord məbləğdə təklif

09:54

Volkan Dəmirəl Superliqaya qayıdır

09:27

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

09:12

Misir DÇ-2026-ya vəsiqə qazandı

23:52

Lauri Markkanen "Jazz"dan ayrıla bilər

23:28

Türkiyə yığmasının üzvü bu millidə oynaya bilər

23:12

Adrien Rabyo: “Marsel”də xəyanət hiss etdim"