Alen Haliloviç karyerasını Azərbaycanda davam etdirə bilər.Sport1.az xəbər verir ki, “Qarabağ” xorvatiyalı yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə “Tportal” nəşri məlumat yayıb. 29 yaşlı futbolçu Türkiyənin “Trabzonspor” klubunun da diqqət mərkəzindədir.
Haliloviç Zaqreb “Dinamo”sunun yetirməsidir. Yarımmüdafiəçi 2014-cü ildə “Barselona”ya keçib. Əsas komandada möhkəmlənə bilməyən futbolçu daha sonra “Hamburq”, “Milan”, “Standard”, “Las Palmas” kimi klublarda çıxış edib.
Qeyd edək ki, oyunçu hazırda Niderlandın “Fortuna” klubunda çıxış edir.
Sport1.az