“Neftçi”də növbəti ayrılıq baş verə bilər.
Sport1.az-ın əldə etdiyi məlumata görə, klubun yarımmüdafiəçisi Ryonosuke Ohori ilə yolların ayrılması ehtimalı artmaqdadır.
Baş məşqçi Samir Abasov yaponiyalı futbolçunun çıxışından razı deyil. “Ağ-qaralar”ın yay transfer pəncərəsində yeni yarımmüdafiəçi ilə güclənəcəyi halda, komanda Ohori ilə vidalaşacaq.
24 yaşlı futbolçu bu ilin yanvar ayında “Neftçi”yə transfer olunub. Müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Bu müddət ərzində 11 oyuna çıxan Ryonosuke Ohori qol vurmasa da, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, yarımmüdafiəçi daha əvvəl Litvanın “TransINVEST” klubunda çıxış edib. Onun “Neftçi”dəki gələcəyi yaxın günlərdə dəqiqləşəcək.
NİHAT KƏRİMLİ
Sport1.az