"Karvan" heyətini daha bir futbolçu ilə gücləndirib.Sport1.az xəbər verir ki, Yevlax təmsilçisi Vadim Abdullayevlə razılaşıb.
"Ağ-qaralar" millimizin üzvü ilə müqavilə imzalayıb. Bağlanan sazişin detalları bəlli deyil.
Qeyd edək ki, Vadim Abdullayev son olaraq "Araz-Naxçıvan"da çıxış edib. Yarımmüdafiəçi Muxtar Respublika təmsilçisinin heyətində 71 matçda 2 məhsuldar ötürmə edib.
"Bakı"nın yetirməsi "Simurq", "Qəbələ", "Şüvəlan", "Sabah" kimi komandalarda da top qovub.
Vadim Azərbaycan millisinin heyətində 1 matçda meydana çıxıb.
Sport1.az