Premyer Liqanın yeni iştirakçılarından olan "Karvan" Eltun Turabovu transfer etdiyini açıqladı.Sport1.az xəbər verir ki, Yevlax təmsilçisi müdafiəçi ilə 1 illik müqavilə imzalayıb.
28 yaşlı oyunçunun "ağ-qaralar"dan qazanacağı məbləğ də bəlli olub. "Karvan" Eltun Turabova aylıq 3 min 500 manat ödəyəcək.
Qeyd edək ki, "Qarabağ"ın yetirməsi "Sabah", "Xəzər Bakı", "Byulis" (Albaniya), "Sumqayıt", "Turan Tovuz" kimi klublarda çıxış edib.
Sport1.az