"Kəpəz" daha bir futbolçusu ilə müqavilə imzalayıb.Sport1.az xəbər verir ki, Gəncə təmsilçisi Məmməd Hüseynovla saziş bağlayıb.
2024-cü ildə 26 yaşlı qolkiperlər "1+1" şərti ilə anlaşma əldə edilmişdi. Klub rəhbirliyi ilə danışıqlardan sonra oyunçunun müqaviləsindəki "+1" bəndi qüvvəyə minib.
Məmməd Hüseynov Gəncə təmsilçisində aylıq 2500 manat qazanacaq.
Qolkiper ötən mövsüm "Kəpəz"in heyətində 10 qarşılaşmada 18 qol buraxıb, 4 görüşdə qapısını toxunulmaz saxlayıb.
Sport1.az