"Nyukasl" "Lill"in qapıçısı Lük Şevalyeni transfer etməyə hazırlaşır.
Sport1.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin sözlərinə görə, PSJ də 23 yaşlı qolkiperlə maraqlanır. Lakin o, parislilər üçün əsas transfer hədəfi deyil. Şevalye özü də Premyer Liqanı onun üçün ən cəlbedici çempionat adlandırıb.
Qeyd edək ki, qolkiper 2024/25 mövsümündə bütün turnirlərdə "Lill"in heyətində 48 matçda 53 qol buraxıb. O, 13 matçda qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalı qapıçının transfer dəyərini 30 milyon avro qiymətləndirir.
Sport1.az