“Heç nə bitməyib və mövsüm başa çatmayıb. Amma komandanın çıxışı istədiyimiz kimi alınmadı".Sport1.az xəbər verir ki, bunu "Quba"nın basketbolçusu Rüstəm Əliyev deyib.
Kapitan Azərbaycan Basketbol Liqası ilə bağlı fikirlərini bölüşüb:
"B qrupunda 1-ci yeri tutacağımıza inanırdım. Ancaq bəzi problemlər buna imkan vermədi. Xüsusilə Ramme Grifinin zədəli olması, legionerlərin səhhətində problemlərin üzə çıxması, rotasiyanın olmaması istər-istəməz oyunumuza təsir etdi və bizi geri saldı.
R.Əliyev özü də zədəsini tam sağaltmadığını söyləyib:
"Qarşıda əsas mərhələnin son oyunları, eyni zamanda play-in matçları var. Bu qarşılaşmaları yaxşı keçirib, mövsümü major notlarla başa vurmaq istəyirik".
Sport1.az