I Liqanın 27-ci turunda "Qaradağ Lökbatan" "Qəbələ"yə məğlub oldu - 0:3.Qarşılaşmadan sonra qonaqların üzvü Domi Massumo mövsüm barədə təəssüratlarını
Sport1.az-a bölüşdü:
"Bu oyun bizim üçün əhəmiyyət kəsb etməsə də, cari "futbol ili" çox çətin keçdi. Əlimizdən gələnin ən yaxşını etmək üçün üzərimizdə çox çalışdıq. Nəticə olaraq da, bunun bəhrəsini gördük". Konqolu hücumçu gələn mövsüm Premyer Liqadakı hədəfləri ilə bağlı da danışdı:
"Tətildən qayıtdıqdan sonra qaldığımız yerdən davam edəcəyik. Premyer Liqa fərqli bir yerdir. Növbəti mövsüm əlimdən gələni etməyə çalışacam. Öz üzərimdə daha çox işləməyə davam edəcəm."Qeyd edək ki, Domi Massumo 16 qolla I Liqanın bombardiridir.
EMİN ZEYNALLI
Sport1.az