Bu gün futbol üzrə Azərbaycan I Liqasında sonuncu - 27-ci tura start verilib. Sport1.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Çempion "Qəbələ" “Qaradağ Lökbatan”ın qonağı olub. "Mingəçevir" isə "Karvan"ı qəbul edib. Hər iki görüş saat 17:00-da start götürüb.
I Liqa, 27-ci tur
17:00. “Qaradağ Lökbatan” 0 – 3 “Qəbələ”
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Vüqar Bayramov, Niyaz Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan OİK stadionu
17:00. “Mingəçevir” 2 – 1 “Karvan”
Hakimlər: Şamil İmanzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
Qeyd edək ki, digər oyunlar mayın 23-də baş tutacaq.
Sport1.az