II Liqanın 24-cü turunda "Şəfa" "Şahdağ Qusar"la heç-heçə etdi - 0:0. Matçdan sonra Qusar təmsilçisinin çalışdırıcısı Elnur Abdullayev görüşlə bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Komanda olaraq bu oyunun əhəmiyyətini bilirdik. Bizim üçün qələbə daha çox vacib olsa da, 1 xal da bizə sərf edirdi. Hələ 2 oyunumuz qalıb. Hər şey məhz bu görüşlərdə bəlli olacaq. İstəyimiz bu matçlarda qələbə qazanaraq çempion olmaqdır". Çalışdırıcı I Liqadakı hədəfləri barədə də danışdı:
"Artıq hədəfimizin birinə çatmışıq. Çempionluğun rəsmiləşməsi qalıb. Gələcək mövsümlə bağlı isə rəhbərliklə danışmalıyıq. Onların fikri, büdcə və hədəfləri nədir bunu bilməliyik. Ona görə də indi bununla bağlı fikir bildirmək düzgün olmaz".EMİN ZEYNALLI
Sport1.az