"Sumqayıt" klubunun kapitanı Vüqar Mustafayev futbolçu karyerasını başa vurur.Sport1.az xəbər verir ki, bununla əlaqədar "kimyaçılar" Azərbaycan Premyer Liqasının XXXV turunun "Turan Tovuz"la oyunun startından öncə bir sıra tədbirlər keçirəcək.
31 yaşlı yarımmüdafiəçi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşdə cəza səbəbindən iştirak etməyəcək. O, "Kəpəz"lə oyunda qırmızı vərəqə ilə cəzalanıb.
Sport1.az