"Kəpəz" Misli Premyer Liqasının 34-cü turunda Tovuz şəhər stadionunda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.Sport1.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
İnanıram ki, oyun hamının xoşuna gəldi. Maraqlı oyun oldu. Premyer Liqada qalmağı təmin etməyimizə baxmayaraq uşaqlar yaxşı mübarizə apardılar. Bütün "Kəpəz" camiəsini təbrik edirəm.- Komanda Premyer Liqada qalmağı təmin etmişdi. Dünən həm də klubun yeni sponsoru açıqlandı. Bu amillərin komandanın motivasiyasına təsiri oldu?- Hər ikisi ola bilər. Hər oyun futbolçunun həyatında yeni səhifədir. Bir amil də odur ki, üzərimizdə psixoloji basqı yox idi.
- Növbəti mövsümün planları cızılmağa başlayıb?- Yaxın vaxtlarda bu sualların hamısına cavab verəcəyik.
Sport1.az