Misli Premyer Liqasının XXXIII turu çərçivəsində “Şamaxı” “Səbail”i qəbul edib.Sport1.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Elvin Məmmədov 1-1 hesablı bərabərliklə başa çatan oyundan sonra mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Bizi çətin oyun gözlədiyini bilirdik. "Şamaxı"nı ev oyunlarında məğlub etmək asan məsələ deyil. Qarşıdakı oyunlara hazırlaşacağıq. Ayxan müəllim döyüşkən kollektiv yaradıb”.[i][/i]
Sport1.az