Rusiyanın “Ximki” klubunun hücumçusu İlya Sadıqov əslən Azərbaycandan olmasından danışıb.Sport1.az xəbər verir ki, forvard Moskva təmsilçisinin rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Tarixi vətənim Azərbaycanla bağlılıq hiss edirəm? Əlbəttə! Orada çox olmamışam, bəlkə də 2-3 dəfə. Amma öz kökündən uzaqlaşa bilmirəm. Yarı rus, yarı azərbaycanlıyam. Dili bir az bilirəm, türkcəni də başa düşürəm, amma yaxşı danışmıram. Gec-tez Azərbaycan dilində öyrənmək istəyirəm".
İlya Sadıqov 2021-ci il iyulun 1-dən “Ximki”də çıxış edir. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Sport1.az