Azərbaycanın Haitiyə 0:3 uduzduğu yoxlama görüşündə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydanı tərk etdiSport1.az xəbər verir ki, sosial şəbəkə hesablarında "Qarabağ"ın üzvünün bir daha yığmaya çağrılmayacağı ilə bağlı məlumatlar dolaşır.
Daha bir informasiya isə Şahruddin Məhəmmədəliyevlə bağlıdır. Yazılanlara inansaq, qolkiper zədəli deyilmiş. O Fernandu Santuşla mübahisə etdiyi üçün yığmadan kənarlaşdırılıbmış. Bu səbəbdən də bir daha yığmaya dəvət olunmayacaqmış
Millinin baş məşqçisi Fernandu Santuş məsələlərlə bağlı AFFA-nın rəsmi saytına açıqlama verib:
"Azərbaycan millisində olduğum müddətdə Elvin Cəfərquliyev və Şahrudin Məhəmmədəliyevin bir daha milliyə çağırılmayacaqlarını nə vaxtsa rəsmi və ya şifahi olaraq deməmişəm. Bu barədə yayılan məlumat da həqiqəti əks etdirmir və tamamilə yalandır. Əksinə, adlarını sadaladığım futbolçular bilirlər ki, çağırışlar zamanı həmişə onlara arxalanıram. Elvin haqqında yalnız Haiti ilə oyundan sonra mətbuat konfransı zamanı jurnalistin “Futbolçunu cəzalandıracaqsınızmı”, - sualını cavablandırarkən danışmışam. Cavabım isə belə olub: “Səhv etmək insana məxsusdur və buna görə oyunçunu cəzalandırmamalıyıq”. Mən həmişə onlara güvənmişəm və sağlam olduqları müddətdə bunu etməyə davam edəcəyəm".
Sport1.az