Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.
Sport1.az xəbər verir ki, AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Bu barədə AFFA məlumat yayıb.
Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Sport1.az