Dünən U-21 seçməmiz səfərdə Belarus millisi yoxlama oyunu keçirdi. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatdı.
Görüşlə baəlı fikirlərini öyrənmək üçün Qəzənfər Abbasovla əlaqə saxladıq.
Mütəxəssis məsələ ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Gənclər millimiz oyuna pis başlamadılar. Artıq ilk dəqiqələrdən xoşbəxtliyi rəqibin qapısı ağzında axtarmağa başladılar. Hesabı açan tərəf oldular. İlk 25 dəqiqədə meydanda kreativ və dominant futbol sərgilədik. Amma oyunun gedişatında Belarus yığması tədricən toparlanaraq 3 dəfə qapımıza yol tapdı. Məğlubiyyətin səbəbini müdafiədə buraxılan kobud səhvlər, futbolçuların bir-birini yaxşı tanıya bilməməsi və rotasiyalarla əlaqələndirərdim. Buna rəğmən, artıq U-21 seçməmizdə Ayxan Abbasovun dəsti-xətti görsənir. Yığmaya yeni futbolçular cəlb olunsa da, onlarda istək var. Ayxan müəllim bu gün əlinin altında olan bütün gənclərə şans verməklə onların potensialına yaxından bələd olmaq istəyir. Düşünürəm ki, bu uşaqlarla uğur qazanacağıq. Onlar əsas millimiz üçün yetişəcəklər”. MİRZƏ S
Sport1.az