Almaniyada Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları keçirilir.Sport1.az xəbər verir ki, “Dinamo”(Berlin) “Alqlinike” üzərində inamlı qələbə qazanıb (3:0). Millimizin sabiq üzvü Rüfət Dadaşov bu görüşün iştirakçısı olub. Hücumçu meydana start heyətində çıxıb və 89-cu dəqiqədə əvəzlənib.
Forvard matçın 36-cı dəqiqəsində komandasının ikinci qolunu vurub, 32-də isə sarı vərəqə ilə cəzalandırılıb.
Əlavə edək ki, bu, millinin sabiq forvardının mövsümdə vurduğu 12-ci qoludur. Hazırda "Dinamo" 43 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Sport1.az