UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.Sport1.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində təşkil olunan tədbirdə Azərbaycan Kubokunun sahibi "Sabah"ın potensial rəqibi məlum olub.
"Sabah" I təsnifat mərhələsində Sloveniya "Tsele"sini mübarizədən kənarlaşdıracağı təqdirdə, AEK (Larnaka, Kipr) - "Partizan" (Belqrad, Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu halda, "Sabah" ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.
Sport1.az