İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkü atılıb. Sport1.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” bu mərhələdə Sloveniyanın “Selye” klubu ilə qarşılaşacaq.
“Sabah” ilk oyununu iyulun 10-da öz meydanında, cavab qarşılaşmasını isə həmin ayın 17-də səfərdə keçirəcək.
Sport1.az