Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib.Sport1.az xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.
Toplantı zamanı klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri, klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi, UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər, UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər və Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı müzakirə olunub.
Sport1.az