Bu gün keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasında "Sabah"ın potensial rəqiblərinin sayı yarıbayarı azalıb.
Sport1.az xəbər verir ki, "Sabah" komandasına Ukraynanın "Şaxtyor", Moldovanın "Şerif", Sloveniyanın "Tselye" və Slovakiyanın "Spartak Trnava" komandalarından biri rəqib olacaq.
Püşkatma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Sport1.az