I Liqanın II turunda “Şəfa” səfərdə “Zaqatala”nın qonağı oldu. Zaqatalada baş tutan görüş Bakı təmsilçisinin böyük hesablı qələbəsiylə başa çatdı - 4:0.
Paytaxt klubunun baş məşqçisi Elgiz Kərəmli uğurlu nəticəylə bağlı fikirlərini
Sport1.az-a açıqladı:
“Zaqatala” yay transferində yaxşı oyunçular heyətinə cəlb edərək güclənib. Bundan başqa, bölgə təmsilçisi doğma divarlar arasında bütün rəqiblərə başağrısı olmağı bacaran komandadır. Onların bütün güclü tərəflərini dərindən təhlil edərək məşqlərdə də zaqatalalıların üstün tərəflərini neytrallaşdırmaq üzrə çox çalışdıq. Qarşılaşmaya gəlincə, meydan sahiblərinin oyun planını maksimum pozmağa çalışdıq. Bu da alındı. Hesabı açan tərəf biz olsaq da, rəqib ciddi müqavimət göstərdi. Buna rəğmən, futbolçularım təzyiqə davam gətirdilər. Əzmkarlıq sərgiləyərək ikinci yarıda özlərini daha yaxşı tərəfdən göstərdilər. Beləliklə, böyükhesablı qələbə qazandıq". Mirzə S.
Sport1.az