l Liqada yeni mövsüm start götürdü. İlk turun ikinci görüşundə MOİK yerli publika qarşısında "Şahdağ Qusar"ı qəbul etdi. Qusarlılar rəqibini 2:1 hesabıyla üstələyərək 3 xal qazandı. Bölgə təmsilçisinin baş məşqçisi Elnur Abdullayev qələbəylə bağlı
Sport1.az-a danışdı:
"Bildiyiniz kimi maliyyə məsələriylə bağlı ciddi problemlərimiz vardı. Hətta komandamızın dağılmaq təhlükəsi də var idi. Şükürlər olsun ki, bu reallaşmadı və çempionatda iştirak edirik. MOİK bizimlə müqayisədə daha yaxşı hazırlıq keçmişdi. Gözlədiyimizdən də ağır matç alındı. Amma şükürlər olsun futbolçularım son dəqiqəyə kimi xarakter göstərərək qalib gəldilər. Heyətimiz əsasən gənclərdən formalaşıb. Amma təcrübəli futbolçularımızda var, hansıki onlardan biri Ruslan Voronsov bu gün dubl edərək oyunun taleyini həll etdi. Qarşıda bizi daha çətin turlar gözləyir, həmçinin görüləcək çox işlərimiz var". Gənc mütəxəssis mövsümdəki hədədləri haqqında da danışdı:
"Əlbəttə ki, qarşımıza çempionluq missiyası qoyulmayıb. Əsas hədəf l Liqada qalmağımızdır. Buna rəğmən hər oyuna 3 xal üçün çıxacağıq. Futbolda istənilən nəticə qeydə alına bilər. Amma mən uduzmağı sevməyən məşqçiyəm. İstəyirəm ki, yetirmələrim də məğlubiyyət haqqında düşünməyib, ancaq qələbəyə köklənsinlər". Mirzə S.
Sport1.az