Futbol üzrə Azərbaycan l Liqasına start verildi.
İlk turun ikinci görüşundə MOİK yerli publika qarşısında "Şahdağ Qusar"ı qəbul etdi. Bir qolun qeydə alındığı qarşılaşmada qonaqlar qalib gəldi. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayev məğlubiyyətlə bağlı
Sport1.az-a danışdı:
"Mövsümdə ilk oyunumuzu keçirdik. Ağır qarşılaşma oldu. Rəqibin qapısı qarşısında çoxsaylı qol imkanları yaratsaq da, son nöqtəni qoya bilmədik. Müdafiədə boşluqlara yol verdik. Qusarlılar bu səhvimizdən maksimum yararlanaraq qapımıza yol tapdı. Rəqibi qələbə münasibətiylə təbrik edirəm".
Veteran futbolçu komandasının hazırlığından və mövsümdəki hədəflərindən də söz açdı:
"Mübariz bir komanda formalaşdırmaq əsas məqsədimizdir. Çempionatın gedişatındakı nəticələrdən asılı olaraq mövsümdə hansı yerlər uğrunda mübarizə aparacağımız da bəlli olacaq. Görüləcək çox işlərimiz var. Hazırda bu barədə danışmaq tezdir, amma gələcək üçün başlıca hədəfimiz elitaya yuksəlməkdir".
Mirzə S.
Sport1.az