Qəbələ şəhər stadionunda “Qəbələ” İdman klubu ilə "SAB Azərbaycan" brendi ilə tanınan "Zəhmət-Ruzi" MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sport1.az xəbər verir ki, tədbir hər iki tərəfin rəhbər heyətinin iştirakı ilə baş tutub.
İmzalanma mərasimindən dərhal sonra təşkil olunacaq mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.
Müqaviləyə əsasən, növbəti mövsümdən etibarən “SAB Azərbaycan “Qəbələ”nin yeni qida sponsoru olacaq.
Sport1.az