Bu gün 1-ci Liqada 25-ci turun oyunları keçirilir.Sport1.az xəbər verir ki, “Baku Sporting” Binə qəsəbə stadionunda “Difai”ni qəbul edir.
Qarşılaşmanı izləyənlər arasında AFFA rəhbərliyi də var. Belə ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev qarşılaşmanı tribunadan izləyir.
Hazırda ilk hissəsi oynanılan matçda hesab açılmayıb – 0:0.
Sport1.az