Bu gün Serbiyanın paytaxtı Belqradda UEFA-nın 49-cu Növbəti Konqresi keçiriləcək. Sport1.az xəbər verir ki, tədbirə AFFA rəhbərliyi də qatılacaq.
Konqresdə qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov iştirak edəcək.
Sport1.az