Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - 20-ci turu başlayıb.Sport1.az xəbər verir ki, ilk oyun günündə "Lənkəran" "Şəki"ni qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüşdə qonaqlar 107:78 hesablı qələbəyə seviniblər.
Yer aldığı B qrupunu 36 xalla ilk sırada başa vuran "Şəki" pley-offa yüksəlib. "Lənkəran" isə 23 xalla sonuncu olub.
Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.
Sport1.az