PSJ Avropanın Top-5 liqalarında ən uzun məğlubiyyətsiz səfər seriyası rekordunu təkrarlayıb.Sport1.az xəbər verir ki, əvvəlki rekord “Milan”a məxsus olub.
Fransa klubu ardıcıl 38 oyunda uduzmamaqla “rossonyerlər”in 1993-cü ildəki göstəricisni təkrarlayıb. Parislilər 30 matçda qələbə qazanıb, 8 dəfə heç-heçə edib.
Qeyd edək ki, PSJ hazırda 29 oyundan sonra 71 xalla Fransa Liqa 1-nə başçılıq edir.
Sport1.az