"Şaxtyor"un iki keçmiş məşqçisi Roberto De Zerbi və Paulo Fonseka Fransa Liqa 1-də ən çox maaş alan üç məşqçi arasındadır .
Sport1.az xəbər verir ki, De Zerbi 550 min avro, Fonseka isə 320 min avro qazanır.
Birinci pillədə PSJ-nin baş məşqçisi Luis Enrike yer alıb - 1 milyon avro.
Qeyd edək ki, Fransa çempionatının ən az maaşı “Reyms”in çalışdırıcısı Samba Diavara (16 min avro) alır.
Sport1.az